Samir Handanoviçin yeni işi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, “İnter”in sabiq kapitanı klubun U-17 komandasının baş məşqçisi təyin olunub.
İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, Handanoviç daha əvvəl “İnter”in əsas və gənclərdən ibarət komandalarında qapıçı skautu kimi çalışıb. 40 yaşlı sloveniyalı futbolçu karyerası ərzində 11 il (2012-23) “İnter”də oynayıb.