FİFA referisi Elçin Məsiyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ÇFR (Rumıniya) - "Adana Demirspor" (Türkiyə) cütünün ilk oyununa təyin olunub.
"Football-plus.az" xəbər verir ki, həmyerlimiz həmin matçın baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Elçin Məsiyevə onlar kömək edəcək
Ölkə futbolu / Konfrans Liqası




