Ruslan Abışov rəsmən “Turan Tovuz”da

1.08.2024 18:22 416
Premyer-liqa
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov Tovuz təmsilçisinin məşçilər korpusunda yer alacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Kurban Berdıyevin çalışdırdığı “Rubin”də çıxış edib.