Bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” - “Kocaelispor” oyunu ləğv olunub.
“Football-plus.az” xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən oyun baş tutmayacaq. "Turan Tovuz" - "Kocaelispor" matçı Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.
Xatırladaq ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl "Pendikspor"la (0:0) və "Adana Demirspor"la (3:3) heç-heçə etmişdi.