"Sabah" - "Makkabi" oyununun biletləri tükənir

1.08.2024 16:35 332
Ölkə futbolu
"Sabah" və İsrail "Makkabi"si (Hayfa) arasında keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa biletlər tükənir.

"Football-plus.az" xəbər verir ki, sözügedən qarşılaşma üçün satışa çıxarılmış 8 min biletdən 7 min 500-ü satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" - "Makkabi" matçı bu gün saat 20.00-da başlayacaq. Macarıstanda baş tutan ilk oyunda "bayquşlar" 3:0 hesablı qələbə qazanıb.