“Sevilya” Tomas Dileyni ilə yolları ayırıb.
İspaniya klubunun saytının məlumatına görə, 32 yaşlı danimarkalı yarımmüdafiəçi ilə müqavilə yenilənməyib. 2021-ci ildən “Sevilya”da çıxış edən Tomas ötən müddət ərzində “Hoffenhaym” və “Anderlext”ə icarəyə verilib.
Dileyni ötən mövsüm “Anderlext”in heyətində 25 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.