“Sevilya” son günlər üç transfer əməliyyatı həyata keçirib: komandanı bir oyunçu tərk edib, iki futbolçu isə andalusiyalılara qoşulub.
Football-plus.az xəbər verir ki, Lukas Okampos “Ayaks”a icarəyə verilib. Niderland klubunun hücumçunu gələn yay birdəfəlik almaq hüququ olacaq.
İspaniya klubuna iki hücumameyilli futbolçu cəlb olunub. Belçikalı yarımmüdafiəçi Adnan Yanuzay azad agent kimi “Sevilya” ilə 4 illik müqaviləyə qol çəkib.
Andalusiyalılar Kasper Dolberqi də sıralarına qatıblar. “Nitsa”dan birilliyə icarəyə götürülən danimarkalı hücumçunun “Sevilya”da qalmaq imkanı olacaq. İspaniya klubu bunun üçün fransalılara təxminən 20 milyon avro ödəməli olacaq.