Münhendən Mançesterə üz tutacaq

31.07.2024 10:10 305
Dünya futbolu
“Mançester Yunayted” tezliklə heyətinə yeni futbolçu cəlb edəcək.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, İngiltərə klubu “Bavariya”nın müdafiəçisi Nussair Mazraui ilə anlaşıb.

Tərəflər daha bir il yeniləmək imkanı ilə 5 illik müqavilə üzrə razılığa gəliblər. Romano bu transferin MY-yə 25 milyon avroya başa gələcəyini də qeyd edib. Mazraui Münhen klubunda 2022-ci ildən çıxış edir.