“Bavariya” yeni oyunçu alır

24.06.2024 15:36 256
Dünya futbolu
“Bavariya” heyətinə yeni oyunçu cəlb edəcək.

“Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Olisenin yeni mövsümə Almaniya klubunda başlayacağını Fabritsio Romano xəbər verib. Tanınmış jurnalist transferin münhenlilərə 60 milyon avroya başa gələcəyini, 22 yaşlı fransalı futbolçunun yeni klubu ilə 5 illik müqavilə imzalayacağını da bildirib.

Maykl “Kristal Pelas”da 2021-ci ildən çıxış edir. Gənc futbolçu premyer-liqanın son mövsümündə 19 oyuna 10 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul