“Kəpəz”in yeni transferi

30.07.2024 23:32 416
Premyer-liqa
"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

“Football-plus.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub. Braziliyalı ilə 1+1 illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından "Aqiya di Maraba" olub.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye və İlkin Qırtımovu da transfer edib.