“Kiminlə qarşılaşdığımızın fərqindəydik” - “Linkoln”un baş məşqçisi

30.07.2024 22:15 362
Manşet / Çempionlar Liqası
“Linkoln” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (0:2, 0:5) mübarizəni dayandırdı.

“Football-plus.az” xəbər verir ki, Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xaviyer Munyos oyundan sonra keçirilən mətbuat konfransında iştirak edərək, jurnalistlərin suallarını cavablandırıb:
“Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızın fərqindəydik. Dünənki çıxışımda da bunu bildirmişdim. Sona qədər ayaq üstə durmağa çalışdıq. Sona qədər vuruşduq, lakin bacarmadıq”.


- Sizcə, “Qarabağ” Çempionlar Liqasının qrupunda oynaya bilər?
- Həqiqətən çox güclü komandanız var. Baş məşqçi də uzun illərdi burdadı. Furbolçular bir-birini çox yaxşı anlayır. Bəlli bir strategiyası var. Komandanı ÇL-nın əsas namizədlərindən saymaq olar.

- İmkanınız olsaydı “Qarabağ”dan hansı futbolçunu transfer etmək istəyərdiz?
- Əslində, əlimdə olan oyunçulardan razıyam. Demək olar ki, hər mövqedə mübarizə aparan futbolçularınız çox güclüdü. Ona görə də hər hansı birini seçmək çətindi.

KAMAL SƏFƏR