Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq Macarıstanın "Fehervar" klubunun oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.
"Football-plus.az" xəbər verir ki, buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olub.
"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə qeyd olunmuş vaxtda baş tutacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20.00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.