Yığmamız Avropa çempionatında finala yüksəldi

27.07.2024 22:53 328
İdman
18 yaşadək oğlanlardan ibarət basketbol millimiz Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib. U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.