"Sabah" Kaşuku da qaytarır! - rəsmi açıqlama verildi

27.07.2024 22:05 9 485
Ölkə futbolu / Manşet
"Sabah" Coy-Lens Mikelsdən sonra daha bir sabiq futbolçusunu qaytarmaq niyyətindədi.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, söhbət Aleksey Kaşukdan gedir. Masazır təmsilçisi bir neçə həftə əvvəl klubsuz qalan 24 yaşlı futbolçu ilə danışıqlara başlayıb ki, yarımmüdafiəçi "bayquşlar"ın müraciətini müsbət cavablayıb. O, tezliklə "bayquşlar"ın düşərgəsində olacaq.

Bununla yanaşı, Kaşukun "Sabah"ın sosial şəbəkə hesablarını izləməsi və komandanı diqqətdə saxlaması maraqlıdı. Qeyd olunanlarla bağlı klubun da mövqeyini öyrənməyi lazım bildik. Bu məqsədlə əlaqə saxladığımız mətbuat katibi Elnur Həmidovun "Football-plus.az"a dedikləri:

"Hazırda yeni transfer yoxdu. Lakin hər hansı keçid həyata keçirilsə, bu barədə rəsmi səhifələrimiz vasitəsilə xəbər verəcəyik. Kaşuk klubun tarixində iz qoymuş futbolçulardandı. Təkcə indi yox, "Sabah"dan ayrıldığı gündən həmişə klubun paylaşımlarına xüsusi diqqətlə yanaşıb".

KƏNAN BAHADIR