Kaşuk dünən U-21-lər arasında Avropa çempionatının final mərhələsinin Xorvatiyaya qarşı oyununda Ukraynanın start heyətində meydana çıxaraq həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Qısası, "Sabah"ın sabiq üzvü komandasının qələbəsinin əsas memarlarından oldu. Onun gözoxşayan oyunundan sonra həm transfer qiyməti artdı, həm də "Sabah"da qalmaq ehtimalı daha da azaldı.
Görəsən, Masazır təmsilçisi bundan sonra futbolçunu geri qaytarmaq üçün addımlar atacaq? "Football-plus.az" saytı olara bunu aydınlaşdırmaq üçün klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryova müraciət etdik:
"Kaşukun qol vurması və məhsuldar ötürmə etməsindən xəbərdaram. Amma oyuna baxmamışam. Ukraynalı ilə əvvəlki danışığımız müəyyən qədər dondurulub. Yəni hazırda danışıqlar getmir. Amma bu, futbolçudan əlimizi üzdüyümüz anlamına gəlməməlidi. Zamanın axarına buraxmışıq. Hələ ki yenilik yoxdu".
ABDULLA İSMAYILOĞLU




