Anelka ilə Coşqun Diniyev eyni klubda

25.01.2024 11:10 190
Dünya futbolu
Fransa millisinin sabiq futbolçusu Nikolas Anelka Türkiyədə işləyəcək.

"Football-plus.az" xəbər verir ki, o, millimizin üzvü Coşqun Diniyevin də çıxış etdiyi "Ümraniyespor"un baş icraçı direktoru olacaq.

Qeyd edək ki, Anelka futbolçu olduğu dönəmdə 2004/05 mövsümün qış transfer pəncərəsində "Fənərbaxça"ya transfer olunub. O, 2005/06 mövsümünün sonuna kimi İstanbul təmsilçisində oynayıb.

Xatırladaq ki, "Ümraniyespor" 1-ci liqada 19 turdan sonra 23 xalla 12-ci pillədə qərarlaşıb.