Əfsanəvi Zinəddin Zidanın oğlu Entso Zidan sürpriz qərar verə bilər.
Belə ki, İspaniyanın ''As'' nəşrinin məlumatına görə 29 yaşlı futbolçu karyerasını bitirmək istəyir. Çünki o, uzun müddətdi özünə klub tapa bilmir. Xəbərdə qeyd olunur ki, bir ildən artıqdı, klub tapa bilməmək və üstəlik tez-tez klub dəyişdirmək Entso Zidanı təngə gətirib.
Son olaraq İspaniyanın 3-cü liqa təmsilçisi ''Fuenlabrada''da forma geyən və ötən ilin iyulun 1-dən bu yana klubsuz olan Zidanın butslarını birdəfəlik mismardan asması ehtimalı yüksəkdi. Karyerasına ''Real''ın akademiyasında start verən Entso ''Alaves'', ''Lozanna'', ''Rayo Maxadaonda'', ''Aveş'', ''Almeriya'', ''Rodes'' və ''Fuenlabrada''da çıxış edib. O, karyerası ərzində 203 rəsmi oyunda 13 qol, 24 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ