Marselonun karyerasını əsasən “Real”da və Braziliya millisində keçirdiyi hamıya bəllidi. Amma sabiq müdafiəçinin oğlu başqa ölkəyə xidmət edəcək.
"Football-plus.az" xəbər verir ki, onun övladı ilk dəfə İspaniyanın 15 yaşadək futbolçulardan ibarət yığmasına çağrılıb. 13 yaşlı Entso Alveş sevincini sosial şəbəkədə İspaniya millisinin forması ilə çəkdirdiyi fotolarını paylaşaraq bölüşüb.
O, ailə kökləri sayəsində Braziliyada oynamaq hüququna malikdi və istəsə, gələcəkdə Braziliya yığmasının formasını daşımağa qərar verə bilər. Amma hələlik doğulduğu ölkədə oynamağa üstünlük verib.