Fransa yığmasına təyinatı reallaşmayan Zinəddin Zidan karyerasını yayda bərpa edəcək.
O, bir neçə aydan sonra Avropanın 4 aparıcı klubundan biri ilə müqavilə bağlaya bilər. “Real”ın sabiq çalışdırıcısının 2021-ci ildə tərk etdiyi İspaniya klubuna qayıtmaq şansı var. “RMC Sport”un məlumatında Zidanın digər 3 seçiminin PSJ, “Yuventus” və “Bavariya” ola biləcəyi də qeyd edilir.