Messinin seriyası 4-ə çatacaq

1.10.2023 22:46 204
Dünya futbolu
Lionel Messi “İnter Mayami”nin sıralarına hələ də qayıda bilmir.

"Football-plus.az" xəbər verir ki, argentinalı hücumçu MLS-də “Nyu York Siti”yə qarşı matçı da buraxacaq. Bu isə o deməkdi ki, Messi “İnter Mayami”nin ardıcıl 4-cü oyununu buraxacaq. Daha əvvəl futbolçunun əzələsinin zədələndiyi bildirilmişdi.

Messi ABŞ klubuna yayda keçib. 36 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.