• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən "Neftçi" ilə çempion olmuşam, uğursuzluqda özümü günahkar görmürəm” - Aqil Məmmədov

Manşet / Müsahibə

7-07-2024, 19:0

Artıq “Neftçi”də hərəkətli günlər yaşanır.

Yeni baş icraçı direktorun və baş məşqçinin gəlişi ilə klub canlanıb. Roman Qriqorçuk gələndən sonra iki keçid rəsmiləşibsə, komandanı tərk edənlər də var. Bunlardan biri də illərdi “ağ-qaralar”ın şərəfini qoruyan Aqil Məmmədovdu. Paytaxt klubu iyunun 28-də 35 yaşlı qapıçı ilə yollarını ayırdığını açıqladı.

Təcrübəli oyunçu 2015-ci ildən bəri (arada AZAL ilə “Qəbələ”nin də formasını geyib) “Neftçi”nin heyətində 112 oyun keçirib. Aqillə ayrılığın səbəbi, gələcək karyerası, həmçinin sabiq komandasının hazırki durumu barədə danışdı.

- 7 il formasını geydiyin “Neftçi”dən ayrılmağına nə səbəb oldu?
- Dizimdəki ağrılara görə karyeramı davam etdirə bilmirəm. "Neftçi"dən ayrılmağımın səbəbi də budu. Bu üzdən karyeramı bitirdim.

- Futboldan tam uzaqlaşacaqsan, yoxsa...
- Hələ onu dəqiq bilmirəm. Bir müddət sonra qərar verəcəm.

- "Neftçi"də keçirdiyin illər yadında necə qaldı?
- "Neftçi" mənim üçün doğma komandadı. Biz orda bir ailə kimi olduq. Klubdakı hər kəsə təşəkkür edirəm. Mənim ordan heç bir incikliyim yoxdu. Hər şey yaxşı idi, tam qaydasında davam edirdi. Sadəcə, səhhətimdəki problemə görə, öz istəyimlə ayrılmalı oldum.

- Son mövsüm "ağ-qaralar" fiasko yaşadı. Buna görə özündə günah görürsənmi?
- Yox, komandanın indiki vəziyyətində özümü günahkar görmürəm. Biz oynadığımız vaxtlarda "ağ-qaralar" uğurlar qazanıb. Mən "Neftçi" ilə çempion olmuşam. Yəni uğursuzluqda özümü günahkar görmürəm.

- Baş məşqçi dəyişikliyinin növbəti mövsümdə kluba uğur qazandıracağını düşünürsən?
- Bundan sonra "Neftçi"yə uğurlar arzulayıram. Ümid edirəm ki, komada uğur qazanar. Bir futbolçu kimi buna sevinərəm.

- Sən komandanın “mətbəxinə” yaxşı bələdsən. Növbəti mövsüm "Qarabağ"la layiqincə mübarizə aparacaq "Neftçi" görə bilərik, yoxsa tezdi?
- Çətin olacaq. Dəqiq nəsə demək olmur, çempionatda görəcəyik. Çünki "Qarabağ"in illərdi formalaşan heyəti, peşəkar baş məşqçisi var. Qurban müəllim Azərbaycan futbolunu da, dünya futbolunu da yaxından tanıyan insandı. Qriqorçuk isə yeni gəlib. Heyəti formalaşdırması, taktikasını yeritməsi vaxt aparacaq. Amma o da Azərbaycan futboluna yad bir adam deyil. Dəqiq bilmək olmaz. Zaman hər şeyi göstərəcək.

- Yeni baş məşqçilərin, yəni Qriqorçukla yanaşı, Kurban Berdıyevin də gəlişi növbəti mövsüm çempionata necə təsir edəcək?
- Mənə elə gəlir ki, bu il çempionat ötənilkindən daha maraqlı və gərgin keçəcək. Çünki "Sabah"dan, "Turan Tovuz" dan tutmuş "Araz-Naxçıvan"a qədər hər biri iddiasını ortaya qoyacaq. Əvvəllər 2-3 komanda gözə çarpırdısa, irəlidə bu say ikiqat artacaq. Həm çempionluq, həm də kubok uğrunda mubarizədə gərginlik olacaq.

- "Neftçi" son mövsümdə yetərincə çox tənqid olundu. İddialı bir klub formalaşdırıb, tənqid dalğasını aradan qaldırmaq mümkün deyilmi?
- Bu gərginlik "Neftçi"nin adına görədi. Hamı onun adını düşünür. Sadəcə, transferlərdən çox şey aslıdı. Bəli, "Neftçi"nin adı var, tarixi komandadı. Amma adına görə yox, transferlər önəmli rol oynayacaq. Yəni nəticələri, uğurları çempionatdakı oyununa görə bilinəcək. Düzgün transferlər olsa, əlbəttə, "ağ-qaralar" uğur da qazanacaq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

28-06-2024, 12:0

"Neftçi" Aqil Məmmədovla yolları ayırdı

Ölkə futbolu

25-06-2024, 16:0

"Neftçi" Mirzovun gedişini açıqladı

Aktual / Manşet

10-03-2022, 23:0

Aqil Məmmədov meydana qayıdacağına ümid edir - AÇIQLAMA

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə