Qapıçı Aqil Məmmədov Hamidu Keyta ilə dueldən qalib ayrılsa da, referi penaltini təkrarlatdı."Neftçi"nin "əlcək sahibi" isə buna sərt etiraz etdi. Halbuki qolkiper qayadalara zidd olaraq zərbədən öncə qapı xəttindən irəli çıxmışdı. Bununla bağlı Aqil Məmmədovla əlaqə saxladıq:
"Yeni qaydalara əsasən 11 metrlik cərimə zərbəsi yerinə yetirilərkən, zərbə anında qolkiper qapı xətdindən öndə ola bilməz. Heç bir qərəz yoxdu, hakim qanun çərçivəsində penaltini təkrarlatdı".
ABDULLA İSMAYILOĞLU