“Qəbələ”dən ayrıldı, baş məşqçiyə görə bu kluba keçdi

22.07.2024 22:34 470
Premyer-liqa / Manşet
Yay transferlərini davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan İlkin Qırtımov Gəncə klubu ilə anlaşıb. Futbolçu ilə birillik müqavilə imzalandığı deyilir. Bəs Qırtımov “sarı-göylər”in düşərgəsindədimi?

Bu barədə informasiya almaq üçün “Kəpəz”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Bəli, İlkin Qırtımov bizimlədi. Artıq komanda ilə məşqlərə də qatılıb. Bizim komandada qalacaq. Müdafiəmizin əsas dayaqlarından biri kimi İlkini fikirləşirik. Gələcək oyunlarda da onun təcrübəsindən yanındakı gənclərin yararlanacağına inanıram”.


Xatırladaq ki, 33 yaşlı futbolçu daha əvvəl “Neftçi”, “Keşlə”, “Zirə”və “İnter”də forma geyib.

RÖYANƏ OĞUZ