A seriyasında hamını qabaqlayır

22.07.2024 20:12 299
Dünya futbolu
İspaniyanın “Capology” nəşri İtaliya A seriyasının ən çox maaş alan futbolçularının siyahısını hazırlayıb.

Sıralamaya “Yuventus”un hücumçusu Duşan Vlahoviç başçılıq edir. Serbiyalı futbolçu ildə 22,2 milyon avro qazanır. İkinci yerdə “Napoli”nin ildə 12,8 milyon avro maaş alan hücumçusu Viktor Osimhen qərarlaşıb. “İnter”in yarımmüdafiəçisi Nikolo Barella illik 12,4 milyon avro əmək haqqı ilə A seriyasında 3-cü yerdədi.