Ramazanov əməliyyat olundu

21.07.2024 14:38 361
Ölkə futbolu / Manşet
“Qarabağ”ın qapıçısı Amin Ramazanovun 8 ay yaşıl meydanlardan kənarda qalacağından xəbərdarsız.

Klubun mətbuat xidməti gənc qolkiperin Avstriyada keçirilən toplanış zamanı sağ dizinin ön çarpaz bağlarının qopduğunu, tezliklə əməliyyat olunacağını bildirmişdi.

“Football-plus.az”a daxil olan bilgiyə görə, Amin Türkiyədəki klinikaların birində əməliyyat olunub. Uğurlu başa çatan əməliyyatın ardından 21 yaşlı qapıçı dünən axşam saatlarında vətənə dönüb.

KAMAL SƏFƏR