“Qarabağ”ın oyunçusu zədələndi

14.07.2024 15:48 279
Premyer-liqa
"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

“Football-plus.az” xəbər verir ki, o, məşq prosesində xəsarət alıb. Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan komandanın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.