• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1980-ci ildəki qalmaqallar... - AÇ-də 3-cü yer uğrunda oyun niyə keçirilmir?

AÇ

18-07-2024, 20:0

Futbol üzrə dünya çempionatlarında 3-cü yer uğrunda oyun keçirilsə də, Avropa çempionatında eyni praktika tətbiq olunmur. Və bu məqam oxucularda sual doğurur...

AÇ-nin əsasının qoyulduğu 1960-ci ildən 1980-ci ilə qədər 3-cü yer uğrunda oyunlar keçirilib. İlk beş turnirdə (1960, 1964, 1968, 1972, 1976) final mərhələsi iki yarımfinal, final və 3-cü yer uğrunda oyun formatında keçirilib. Belə “təsəlliverici final”ların birində ilk turnirlərin ən uğurlu komandalarından olan (1960-da çempion, 1964 və 1972-də vitse-çempion) SSRİ yığması da iştirak edib. “Qırmızılar” 1968-ci ildə bürünc medallar uğrunda oyunda İngiltərəyə uduzub.
1980-ci ildə 4 komandalı iki qrupdan finala qrup liderləri çıxıb, 2-ci yeri ttuan komandalar isə 3-cü yer uğrunda oyunda qarşılaşıb. Beləcə “bürünc”ün sahibi Çexoslovakiya ilə İtaliya arasındakı oyunda müəyyənləşib.

1960: Çexoslovakiya – Fransa 2:0
1964: Macarıstan – Danimarka 3:1, əlavə vaxtda
1968: İngiltərə - SSRİ 2:0
1972: Belçika – Macarıstan 2:1
1976: Niderland – Yuqoslaviya 3:2, əlavə vaxtda
1980: Çexoslovakiya – İtaliya 1:1, p. - 9:8
İtaliyada keçirilən AÇ-80-nin ardından 3-cü yer uğrunda oyun ləğv olunub. Yuxarıda da vurğuladığımız kimi, “bürünc” medal uğrunda keçirilən son oyunda – 1980-ci il iyunun 21-də Neapoldakı “San Paolo” stadionunda Çexoslovakiya meydan sahiblərinə penalti seriyasında qalib gəlib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bir neçə səbəb üzündən 3-cü yer uğrunda oyunları keçirməyi lazım bilməyib.

Birincisi, AÇ-80-nin təşkilatçısının da iştirak etdiyi son oyun azarkeşlərdə və futbolçularda heç bir maraq doğurmayıb. Bürünc medal uğrunda qarşılaşmaya qədər İtaliya yığmasının hər oyununa 40 mindən çox azarkeş toplaşırdısa, Çexoslovakiya ilə oyunda tribunalarda cəmi 24652 adam olub. Oyun özü də yetərincə sönük keçib, futbolçular meydanda gəzişib. “Bürünc” qazanmaq imkanı İtaliya yığmasının oyunçularına heç bir motivasiya verməyib, komanda ev turnirində istisnasız “qızıl” qazanmağı arzulayırdı.

Bütün Avropa çempionatlarında 3-cü yer uğrunda oyunlarda azarkeş sayı aşağı olub: 1960-cı ildə oyunu izləmək üçün 9000 (finalda 18 min olub), 1964-cü ildə 388 (finalda 79 min), 1972-ci ildə 6100 (finalda 43 min), 1976-cı ildə 6700 (finalda 30 min) tamaşaçı toplaşıb.

Avropa çempionatlarında 3-cü yer uğrunda oyunun ləğvini şərtləndirən səbəblərdən biri də maliyyə və təşkilatçılıq məsələləri ilə bağlıdı. Əlavə oyunun təşkili xərcləri artırır, əlavə resurslar tələb edirdi. Ümumiyyətlə, 1980-ci ilin Avropa çempionatı aşağı TV reytinqi ilə müşayiət olundu, hər oyunda orta hesabla 1,93 qol vuruldu. Turnirin tarixi ərzində bundan daha aşağı göstərici yalnız bir dəfə olub – 1968-ci ildə hər oyunda orta hesabla 1,4 qol.
Üçüncü səbəb AÇ-80-dəki qalmaqallardı. Qrup turnirinin püşkatması zamanı “skuadra adzurra” qeyri-adi şəkildə əvvəlki AÇ-nin finalçıları AFR və Çexoslovakiya ilə, eləcə də DÇ-78-in finalçısı Niderlandla eyni kvartetə düşmədi. İtalyanların bəxtinə İngiltərə, Belçika və İspaniya düşdü. Onda jurnalistlər qızdırılmış şarlarla bağlı nəzəriyyəni ortaya atsalar da, bunu sübut edə bilmədilər.
Bundan başqa, ingiltərəli azarkeşlər Belçika ilə oyunda (1:1) kütləvi dava-dalaş törətdi. Britaniyalılar əvvəlcə rəqib azarkeşlərin olduğu sektora yürüdülər ki, bu üzdən oyunu dayandırmaq lazım gəldi. Oyun bitəndən sonra isə ingilislər Turindəki Olimpiya stadionunun hüdudlarından kənarda belçikalıları döydülər. Böyük Britaniyanın kraliçası II Yelizaveta başverənlərə görə üzr istəməli oldu.

AÇ-80-dəki böyük qalmaqallar, azarkeş marağının azlığı və aşağı məhsuldarlıq ona gətirib çıxardı ki, UEFA bir çox başqa addımlar atmaqla yanaşı, bürünc medal uğrunda oyundan da imtina etdi.
1984-ci ildən etibarən artıq qitə birinciliklərində 3-cü yer uğrunda oyun keçirilmədi. İştirakçıların sayı artırılandan və format dəyişdiriləndən sonra yarımfinallara uduzan hər iki komanda turnirin bürünc mükafatçısı sayılır. 1980-ci ildən bəri turnirə 8, 1996-cı ildən 16, 2016-cı ildən isə 24 komanda qatılır.

3-cü yer uğrunda oyun ləğv ediləndən sonra AÇ-lərdə yarımfinalların uğursuzları bunlar olub:

1984: Portuqaliya və Danimarka
1988: AFR və İtaliya
1992: Niderland və İsveç
1996: İngiltərə və Fransa
2000: Portuqaliya və Niderland
2004: Çexiya və Niderland
2008: Rusiya və Türkiyə
2012: Portuqaliya və Almaniya
2016: Uels və Almaniya
2020: İspaniya və Danimarka
2024: Fransa və Niderland

UEFA yığmalara yalnız iki dəfə bürünc medal verib: 2008-ci ildə Rusiya və Türkiyə, 2012-ci ildə isə Portuqaliya və Almaniya yığmasının oyunçuları sevinib. 2016-cı ildən başlayaraq qitə futbolunun rəhbər orqanı bürünc medalların verilməsini dayandırıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-11-2023, 13:0

Veneybls dünyasını dəyişdi

DÇ 2026

20-12-2022, 20:0

Fransa İtaliya ilə Braziliyanın rekordunu təkrarlaya bilmədi

İdman

10-04-2023, 13:0

Voleybol üzrə Azərbaycan çempionatlarında ilk final oyunlarının vaxtı açıqlandı

Dünya futbolu

12-01-2024, 18:0

18-ci Asiya Kuboku başlayır

İdman

29-05-2024, 20:0

Bütün medallar avropalılara çatdı

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə