• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” mübarizəni dayandırdı - YENİLƏNİB

Manşet / Avrokuboklar

18-07-2024, 22:0

“Zirə” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində cavab matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, rəqibi “Şerif”i ilk oyunda minimal hesabla məğlub edən “qartallar” (1:0) evdə növbəti mərhələ uğrunda “qanad çırpacaq”. Təmsilçimizin avrokuboklar həyəcanı həmişə olduğu kimi, “CBC Sport”da yaşanacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Zirə - Şerif (Moldova)
1:2 (pen. 4:5)
Rafael Utziq, 5 - Əyyub Allaş, 54. Papa Yade, 77.
Qırmızı vərəqə: Salifu Suma, 40.
Hakimlər: BULAT SARİYEV, Denis Labaşov, Yuri Tixonyuk, Aydın Tasıbayev (hamısı Qazaxıstan).
18 iyul. Bakı. “Liv Bona Dea Arena”. Saat 20.00.
İlk oyun - 1:0.

“Şerif” ev oyununda “Zirə”yə məğlub olmaqla 2-ci təsnifat mərhələsinə adlamaq yolunda şanslarını xeyli azaltdı. Bu, “qartallar”ın perspektivini yaxşı görən təxəyyülümüzün məhsulu yox, həm də moldovalı futbol adamlarının yanaşmasıdı. Bəli, tiraspollular nəinki “doğma divarlar” arasında keçirilən matç üçün, ümumiyyətlə, cütün favoriti kimi göstərilirdi. Çoxu bu klubun maliyyə problemləri içində çabaladığını bilsə də, ən azı ad-sanı naminə uğur qazanacağını düşünürdü. Hər halda, hadisələrin axarı Yuri Quranın komandasına mənfi təsirini göstərib. Tiraspolluların durumu əvvəlkindən fərqlənir. İki futbolçu məğlub olduğu gündən bəri həm yerli, həm də xarici mətbuatın təzyiqinə məruz qalan komandadan ayrılıb. Kollektiv hələ ki, sadəcə, 19 yaşlı nigeriyalı yarımmüdafiəçi Gideon Uçe Qudladla anlaşıb.

Qeyd edək ki, İsveçin “Fotboll Sthm” nəşri “Zirə”nin “Şerif” üçün uyğun rəqib olduğunu düşünənlərin yanıldığını tirajlayıb. Hətta həmkarlarımızın komandanın bu mövsüm avrokuboklarla erkən vidalaşacağını qeyd edir. Moldovalı jurnalistlər də bu yöndə ümidli deyil. Əlbəttə, qeyd olunanlar “Zirə”nin Tiraspol klubunu şəksiz üstələdiyi və ya cavab matçının aşkar favoriti olduğu anlamına gəlmir. Sadəcə, “Şerif”in keçdiyi ağır dönəm “qartallar” üçün yaxşı fürsət yaradıb. Bu üzdən bizimkilər həm arxayınlaşmamalı, həm də fürsətdən maksimum yararlanmalıdılar. Necə deyərlər, ipin ucunu əldən vermək olmaz.

“Zirə” yə gəlincə, komandada əhval-ruhiyyənin yüksək olduğu haqda məlumat əldə etmişik. Yəni vacib oyun ərəfəsində psixoloji durum qaydasındadı. Hansısa futbolçu da zədədən əziyyət çəkmir. Son ana qədər bəxtsizlik üz verməsə, Rəşad Sadıqov ilk matçdakı kimi bütün futbolçuların xitdmətindən yararlanmaq hüququna malik olacaq. Baş məşqçinin bu matçda aşağıdakı futbolçulara şans verəcəyini təxmin edə bilərik:

Tyaqo Silva, Ruan Renato, Stefan Aka, Salifu Suma, Rüstəm Əhmədzadə, Pyer Zebli, Rafael Utziq, Eldar Quliyev, Qismət Alıyev (k), İssa Cibrilla, Davit Volkov.

Bilindiyi kimi, Ceyhun Nuriyev səfər matçında həddən artıq zəif performansla diqqəti çəkdi. Bu üzdən, onun cavab oyununun start heyətində yer alacağına şübhəylə yanaşmaq olar. “Şerif”in oyun tərzi və heyətində isə daha ciddi dəyişikliklərin olacağı güman edilir. Hər halda, Yuri Qura “qartallar”ın müdafiə xəttinin gücünü gördü. Mərhələni adlamaq istəyirsə, hücum cəhdlərinin daha “yırtıcı” olmasına diqqət yetirməlidi. Belədə ortaya aşağıdakı start heyəti çıxa bilər:

Viktor Straistari, Joao Paulo Fernandes, Sedrik Badolo, Mussa Kyabu (k), Mateus Lins, Əyyub Allaş, Yoselin Beyratş, Raşed Akanbi, İlunqa İseya Pata, Acak Riak, Pata Yade.

İş orasındadı ki, “Şerif”in həm də hücum xəttində ciddi problemlər var. Komanda bu mövqe üçün Riak, Mbekeli, Forov, Allaş və Akanbi kimi təcrübəli futbolçulara sahib olsa da, onların heç biri ötən mövsüm fövqəladə uğur qazanmayıb. Hələ bizə tanış olan Allaşın son klubu “Qəbələ”nin 1-ci liqaya düşməsi, ümumiyyətlə, tiraspolluların belə hücumçularla güclənməyə çalışması durumun nə qədər vahiməli olduğundan xəbər verir. Deməli, ümid bəsləyə bilərik. Özü də doyunca!

Yeri gəlmişkən, matçın biletləri satışdadı. Qiymət sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Satış məntəqələri isə Zirə İdman Kompleksinin, “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

13-07-2024, 18:0

"Zirə" - "Şerif" matçının hakimləri açıqlandı

Ölkə futbolu

26-06-2024, 15:0

"Zirə"nin cavab oyununun hakimləri bilindi

Avrokuboklar

24-06-2024, 14:0

"Zirə"nin "Şerif"lə oyunlarının saatı və məkanı bilindi

Ölkə futbolu

27-06-2024, 11:0

"Şerif" "Petrokub"la heç-heçə etdi

Ölkə futbolu / Manşet

20-06-2024, 14:0

"Şerif" "Qarabağ"a belə yetərincə başağrısı olub, nəinki "Zirə"yə... - menecerdən bədbin proqnoz

Ölkə futbolu

17-07-2024, 13:0

"Zirə"nin rəqibi Bakıdadı

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə