Madrid klubunu tərk etdi

18.07.2024 00:25 311
Dünya futbolu
“Sevilya” “Atletiko”nun yarımmüdafiəçi Saul Nyiqesi heyətinə qatıb.

29 yaşlı futbolçu 2024/25 mövsümünün sonuna qədər icarə əsasında eyniadlı şəhərin komandasında çıxış edəcək. Müqavilə bir ildən sonra icarə müddətinin uzadılması imkanını nəzərdə tutur.

Saul 2012-ci ildən “Atletiko”da oynayırdı. O, Madrid klubunda 427 rəsmi oyuna çıxıb, 48 qol vurub və 26 məhsuldar ötürmə edib.