36 yaşında qərara gəldi

20.09.2023 22:56 226
Dünya futbolu
Nolito futbolçu karyerasını başa vurub. 36 yaşlı ispaniyalı hücumçu bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

"Football-plus.az" xəbər verir ki, Nolito karyerası ərzində “Barselona”nın B komandasında 106, əsas komandasında 2 oyuna çıxıb. O, “Benfika”, “Selta”, “Mançester Siti” və “Sevilya”da da oynayıb. Nolito 2014-16-cı illərdə İspaniya millisində 16 matçda iştirak edib. Hücumçunun sonuncu klubu “İbitsa” olub.