"Səbail" "Konyaspor"a qarşı

21.07.2023 10:31 254
Ölkə futbolu
2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda Türkiyə superliqa təmsilçisi "Konyaspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

"Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.