• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” qapıçı problemini necə həll edəcək? - YAZI

Manşet / Yazarlar

17-07-2024, 00:0

Yəqin ki, “Qarabağ”ın ikinci qapıçısı Amin Ramazanovun 8 aylığa yaşıl meydanlardan kənarda qalacağından xəbərdarsız.

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən son çempionun qolkiperi elə məşq zamanı çarpaz diz bağlarının qopması səbəbindən uzun müddət qazonun ətrindən uzaq duracaq. Belədə yenə görünən odu ki, Ağdam təmsilçisi “çərçivə” sarıdan əziyyət çəkəcək. Onsuz da uzun illərdi klubun ən yaralı yeri budu. İbrahim Şehiçdən bəri komandanın “çərçivə”ni etibar etdiyi qapıçıların bir çoxu “Qarabağ”a lazım olandan daha artığını edə bilmir. İstər dünyaca tanınmış Asmir Beqoviç olsun, istərsə də də Şahruddin Məhəmmədəliyev. Elə sonuncu mövsümdə “köhlən atlar”ın şərəfini qoruyan Andrey Lunyov da bu siyahıya daxildi.

Doğrudu, müəyyən özəlliklər var. Məsələn, Lunyov daha sabit oyunçudu. Çünki onun qapıda olması o demək idi ki, adi zərbələrin qol olmaq ehtimalı azdı. Təəssüf ki, bu sabitliyi “Bayer-04”lə oyunlarda göstərə bilmədi. Şahruddin isə tam fərqli üslubda çıxış edən qapıçıdı. Bəlkə də onun dəf etdiyi yüzdəyüz qol imkanlarının qarşısını bir çox qapıçı ala bilməzdi. Ancaq səhvlərinə görə də tayı-bərabəri tapılmazdı. Bu üzdən də ona güvənmək olmurdu. Hər an hansısa səhv edəcəkmiş kimi komanda yoldaşları da istədiyi rahatlığı özlərində tapa bilmirdilər. Kəsəsi, daim Avropada çıxış edən, yüksək hədəflər uğrunda mübarizə aparan “Qarabağ”ın etibarlı qapıçı məsələsi bu vaxta qədər həllini tapmamış görünür. Doğrudu, yay fasiləsində klub Fabiyan Buntiçin transferini reallaşdırdı. Bəlkə də xorvat əsilli almaniyalı qolkiper komandaya lazım olan güvəni sağlayacaq. Lakin bu vaxta qədər onun heç bir oyunun görmədiyimə görə yaxşı və ya pis nəsə deyə bilmirəm. Ancaq atalarımızın bir məsəli var: şər deməsən, xeyir gəlməz. Qoy elə Buntiç çox yüksək səviyyəli, “çərçivə”də güvən bəxş edən qapıçı olsun. Fəqət onun da mövsüm sonuna kimi zədələnməyəcəyini və ya mövsümün yarısında daha yaxşı təklif qarşılığında Ağdam təmsilçisindən ayrılmayacağını nə biləsən?

Belədə komandanın qapısını 19 yaşlı Sadiq Məmmədzadə qorumalı olacaq. Bu isə futbolçuların daha da ehtiyatlı çıxış etməsinə və bu üzdən də basqı altında mübarizə aparmasına yol açacaq. Məqsədim gənc qolkiperi ruhdan salmaq deyil. Amma “Qarabağ” səviyyəsində bir klubun daha üst səviyyədə çıxış edə biləcək qapıçıya ehtiyac duyduğu aşkardı. Yəqin ki, artıq bu istiqamətdə seleksiya işləri davam etdirilir, müəyyən təhlillərdən sonra ictimaiyyətə qərar açıqlanacaq. Ancaq ictimaiyyəti narahat edən daha bir məsələ “Adana Dəmirspor”dan ayrılan və hazırda işsiz olan Şahruddinin komandaya mümkün dönüşüdü. Ki, belə məqamda bir çox futbol adamının nəinki Şahruddinin, ondansa elə Sadiqin qapını qorumasına tərəfdar olacağına əminəm. Millimizin əsas qapıçısının seyvlərinə söz ola bilməz. Lakin qəfil səhvlərlə bütün gözəl qurtarışlarının üzərindən çalın-çarpaz xətt çəkir. Hər halda, ümid edək ki, skautlar etibarlı qapıçı tapacaq, komanda isə Çempionlar Liqasının oyunlarında daha arxayın şəkildə meydana çıxacaq.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

16-07-2024, 13:0

“Hələ ki heç kimlə anlaşmamışıq” – Asif Əsgərov “çərçivə”dən nigarandı

Premyer-liqa

14-07-2024, 15:0

“Qarabağ”ın oyunçusu zədələndi

Ölkə futbolu

14-05-2024, 16:0

“Qarabağ”ın qapıçısı ən yaxşılar sırasında

Ölkə futbolu / Manşet

12-04-2024, 10:0

"Hadisələrin axarı klubun Lunyovla yolları ayırmasıyla nəticələnəcək" - "Qarabağ"ın sabiq qapıçısı

Premyer-liqa / Manşet

7-06-2024, 21:0

Lunyovun gözlənilən və gözlənilməz gedişi: kimdi günahkar? - TƏHLİL

Premyer-liqa / Manşet

30-07-2023, 23:0

"Qarabağ"da Şahruddinlə bağlı qərar verildi

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 100
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə