“Hələ ki heç kimlə anlaşmamışıq” – Asif Əsgərov “çərçivə”dən nigarandı

16.07.2024 13:10 800
Ölkə futbolu / Manşet
“Qarabağ”ın qapıçısı Amin Ramazanovun zədələndiyini, bu üzdən 8 ay yaşıl meydandan uzaq qalacağını yazmışdıq. Belədə “köhlən atlar”ın “çərçivə”si təhlükə altına düşür. Ona görə ki, Sadiq Məmmədzadə təcrübəsizdi, Buntiçlə kifayətlənmək risk deməkdi.

Bəs Ağdam təmsilçisi problemin öhdəsindən necə gələcək? Həqiqətən Şahruddin Məhəmmədəliyev heyətə cəlb olunur? Bu sualı “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“İnşallah, iki yeni qapıçı almaq istəyirik. Bu yöndə planlar var. Lakin həm vaxt azdı, həm də hələ ki heç kimlə anlaşmamışıq. Görək, bu işin axırı necə olacaq...”

KƏNAN BAHADIR