• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Komanda nəhəng öküz önündə köməksiz qalan uşaqların günündə idi”

AÇ

16-07-2024, 02:0

Fransada yığmanın yarımfinalda İspaniyaya uduzması ağrılı qarşılanıb.

Yerli kütləvi informasiya vasitələri oyun səviyyəsindəki problemlərin səbəbini axtarır, ancaq bütün müzakirələr üç fiqurun – Didye Deşam, Kilian Mbappe və Antuan Qrizmannın ətrafında gedir. Media əsasən adı çəkilən şəxsləri başverənlərin əsas günahkarı sayır.

“L'Équipe”: “Mbappedə sanki Avro ilə şəxsi uyuşmazlıq var”

Fransanın ən nəhəng idman nəşri yarımfinal oyunu ilə bağlı əsas yazı üçün bu sərlövhəni seçib:
“Hər şeydə köhnələnlər”.

Yazının əsas müddəalarını nəzərinizə çatdırırıq:

“Köhnəlmiş yarımmüdafiə, pis hücum, çatışmayan pressinq – Fransa yığması İspaniyaya təkcə fərdi baxımdan yox, taktiki planda da uduzdu. Müdafiədə düzəlişlərn yoxluğu, hücumda çatışmazlıqlar, yaxşı pressinq etməyi bacarmamaq – komandanın üzləşdiyi problemlər bunlardı. Hə, yığmanın son illərdəki ən yaxşı iki oyunçusu da gözlənilən səviyyədən uzaq idi. Mbappe və Qrizmann əvvəllər daimi təhlükə yaratmaq və intellekt sayəsində oyunların axarını dəyişirdi. Avropada çempionatında bunların heç birini görmədik, hücumla bağlı ideyalar yoxsul idi. Didye Deşam məğlubiyyətdən sonra dedi ki, məsuliyyət mənim üzərimdədi. Ancaq təkcə onu əsas günahkar kimi göstərmək ədalətsizlik olardı. Hərçənd baş məşqçiyə ünvanlanası suallar da var. Elə Fransa yığmasının kapitanına – Mbappeyə də. İspaniyaya qarşı qoruyucu maskasız oynasa da, yaxşı təsir bağışlamadı. Kilianda sanki Avro ilə şəxsi uyuşmazlıq var. Buna qədər 2021-ci ildə uğursuzluq yaşamışdı, yenə də turniri başıaşağı, üstəlik sınıq burunla tərk edir. Hərçənd qələbə onun “Qızıl top”u qazanmaq şansını artıra bilərdi”.

“L'Equipe” yığmanın uğursuzluğuna daha bir yazı həsr edib:
“Fransa İspaniyaya texniki cəhətdən də uduzdu. Komanda təşəbbüsü əldən verəndən sonra uğursuzcasına hücum cəhdlərini davam etdirdi. Çox ağrılı fiaskodu. Axı son iki dünya çempionatının ən güclü Avropa yığması rəqibə təzyiq göstərməyə qadir olmadı, sadəcə, meydanda baş girələdi. Komanda nəhəng öküz önündə köməksiz qalan uşaqların günündə idi. Meydanın mərkəzindəki futbolçulardan heç biri topla yetərincə yaxşı davranmadı, onlardan heç biri topsuz da yaxşı deyildi. Deşam komandanın artıq irəli getməyi bacarmamasına görə fasilədə qəzəbini heç gizlətmirdi də. Mbappeni maskasız da tanımaq çətin idi. Çox qəribə oyun izlədik. Turnirdə futbol oynamağı hamıdan yaxşı bacaran komanda ikinci hissədə qol vurmağa çalışmadı. Oyununun baxımlılığı tədricən aşağı düşdü, ancaq İspaniyanın bu oyundakı dominantlığı şübhə doğurmurdu”.


“Foot Mercato”: “Deşam işini davam etdirməyə layiqdimi?”

Fransanın daha bir nüfuzlu nəşri isə yığmanın baş məşqçisinin gələcəyi ilə bağlı yazıb:
“Fransa yığmasının AÇ-nin yarımfinalında mübarizəni dayandırması bizi bu sualı verməyə məcbur edir: Didye Deşam hələ də bu iş üçün uyğun olan adamdımı? Boss çoxlu tənqidi yazının hədəfinə çevrilib. Axı komandanın ümumi səviyyəsi açıq-aşkar məyus edir. Fransızlar oyun vəziyyətindən yalnız bir qol vurub, onu da yarımfinalda. Baş məşqçi Qrizmannı müntəzəm ehtiyat oyunçular skamyasında saxlamaqdan başqa hücumda heç nə düşünə bilmədi. Və bu turnirdə heç nə ilə yadda qalmayan Mbappeyə sonsuza qədər inanmaq... Deşam uzaqbaşı sıx müdafiə ilə öyünə bilər – Kunde turnirin ən yaxşılarındandı, Menyan qapıda əla təsir bağışladı. Ancaq bütün bunlar əsas sualı aradan çıxarmır: müqaviləsi olan Düşam yığmanı DÇ-2026-ya hazırlaşdırmağa layiqdimi? Federasiyada prezidentin dəyişməsi vacib məqamdı. Köhnə prezident Deşamla çox yaxın idi. Yeni prezident yerdəyişmələrə qərar verəcəkmi? Hələ ki bunu təsəvvür etmək çətindi. Axı Didye Fransa yığmasının həyatının ən vacib işi olduğunu təkrarlamağı xoşlayır. Hərçənd bu çağırışı çox gözləyən Zidan artıq üç ildi sərbəstdi”.


“Le Monde”: “Sadəcə, Fransa pis idi”

İctimai-siyasi nəşrlər də yığmanın uğursuzluğuna biganə qalmayıb. “Le Monde”nin oyunla bağlı yazısından seçmələr:
“Fransa yığması iyulun 14-də AÇ-nin finalında olmayacaq. Komanda çərşənbə axşamı Münhendə son həddə çatdı və parlaq İspaniya yığmasına uduzdu. Turnirin hər matçında Deşamın komandası üçün zəif yerləri maskalayan və ən çətin vəziyyətlərdən çıxmağa imkan verən xoş elememlərin tapılmasına öyrəşmişdik. Ancaq yarımfinalda heç bir belə element tapılmadı. Sadəcə, ispanıların bütün komponentlərdə üstünlüyünü izlədik. Məğlubiyyətdən bir saatdan da artıq keçəndən sonra Fransa yığmasının futbolçuları, nəhayət, paltardəyişmə otağından çıxdı. Susqun, məyus görkəm ilə. Onların deməyə sözü yox idi. İspanlar isə paltardəyişmə otağında oxuyur, rəqs edir, AÇ-2012-dən bəri ilk dəfə nəhəng turnirin finalına çıxmağı bayram edirdilər. Acı reallıqdı: yenicə qitə çempionluğunu qazanmaqla bağlı arzuları puç olan fransalı oyunçular rəqibin sevinci ilə barışmağa məcburdu. Onlar, sadəcə, pis idi. Bunu etiraf etmək, irəli baxmaq lazımdı”.


“Le Figaro”: “Fransanın AÇ-2024-də çıxışını iflas adlandırmaq olarmı?”

Ölkənin daha bir nüfuzlu nəşri yarımbaşlığa çıxardığımız suala cavab axtarıb:
“Nəticəyə və turnir ərəfəsində qarşıya qoyulan hədəfə söykənsək, turnirin ən yaxşı komandasına məğlubiyyətdən sonra mübarizəni dayandırmağı iflas adlandırmaq olmaz. Ancaq Almaniyadakı bir ayın ümumi təəssüratı iflasdımı? Çox güman, bəli. Böyük uğursuzluğa düçar olduq. Kolo Muaninin qolundan başqa İspaniya ilə oyundan nəyi xatırlamaq olar? Heç nəyi. Heç bir oyun yox idi, ona görə ki, rəqib bütün səviyyələrdə güclü idi. Portuqaliya ilə oyunda yalnız penalti seriyası emosiya doğurdu, hərçənd qapıçının bir seyvi də olmadı. Belçikaya qarşı sönük futbol göstərdik. Qrup mərhələsini heç xatırlamağa dəyməz, avtoqol və penalti sayəsində iki qol vurduq. Hər kəs bu turniri çox tez unudacaq. Kilian Mbappe hər şeyi və dərhal istəyir. Ən yaxşı nəticələrindən işıq məsafəsində olan futbolçu heç nə göstərmədi. Eyni sözlər Antuan Qrizmanna da aiddi. Fransanın heç bir hücum fəallığı yox idi, komanda titul qazanmağa, sadəcə, layiq deyildi”.

Yeri gəlmişkən, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo oyundan sonra Deşamın baş məşqçi postunu itirməyəcəyini deyib:
“Onun müqaviləsini şübhə altına salacaq səbəblər görmürəm. Əvvəlki nəticəsələr, çatdığımız hədəflər onun xeyrinə danışır. Didye missiyasını davam etdirəcək. Qarşıdakı günlərdə onunla danışmağı planlaşdırıram. Yarımfinalda nəyin çatmadığını, niyə daha irəli gedə bilmədiyimizi detallı şəkildə təhlil etməliyik. Son bir ay ərzində yığmada peşəkarlıq və mükəmməlliyə can atmaq gördüm. Yığma bu istiqamətdə işi davam etdirməlidi”.

Xatırladaq ki, Deşam 2012-ci ildən bəri yığmaya rəhbərlik edir. FFF ötən ilin yanvarında 55 yaşlı mütəxəssislə müqavilənin müddətini 2026-cı il iyulun 31-nə qədər uzadıb. Deşam “sükan arxasında” olduğu 12 il ərzində “üçrənglilər”i dünya çempionu (2018) və Millətlər Liqasının qalibi (2020/21) edib. Fransa yığması həmçinin AÇ-2016-nın və DÇ-2022-nin finalında uduzub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

22-03-2023, 10:0

Mbappe kapitan oldu, narazılıqlar başladı

AÇ

14-07-2024, 22:0

Ronaldo ilə Mbappe AÇ-nin əsas xəyal qırıqlığı oldu

Dünya futbolu

30-03-2023, 23:0

Fransa yığmasının yeni kapitanı var: Mbappe komandanın lideri ola biləcəkmi?

Dünya futbolu

20-06-2023, 20:0

Mbappe “üçrənglilər”in tarixinə düşdü

Dünya futbolu

18-10-2023, 20:0

Qrizmann son 6 ildə Fransa yığmasının bir oyununu da buraxmayıb!

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə