• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fransa yığmasının yeni kapitanı var: Mbappe komandanın lideri ola biləcəkmi?

Dünya futbolu

30-03-2023, 23:0

Bildiyiniz kimi, Uqo Lyoris ilin əvvəlində beynəlxalq karyerasını bitirdiyini elan edib.

"Football-plus.az" xəbər verir ki, yığmanın “1 nömrə”sinin gedişi Fransa üçün ciddi zərbə olmadı – onun “çərçivə”dəki yerini “Milan”da parlaq oyun göstərən Mayk Menyan tutdu. Hamını düşündürən əsas sual yeni qapıçının yox, yeni kapitanın kim olacağı ilə bağlı idi. Kərim Benzema ilə Rafael Varan da milli formada çıxışını başa vurduğundan, Didye Deşamın seçim imkanı məhdud idi – Antuan Qrizmann və ya Kilian Mbappe. 2014-cü ildən yığmanın şərəfini qoruyan Antuan 2016-dan komandanın tamhüquqlu lideridi. Klubda işlərinin necə getməsindən asılı olmayaraq, beynəlxalq arenada daim səviyyəli oyun göstərib. Mbappenin isə yenicə 24 yaşı olsa da, sonuncu dünya çempionatında komandasını necə arxasınca apara bildyini hər kəs gördü. Bundan başqa, Fransa mətbuatında yazılanlara inansaq, Kilian daha sərt və döyüşçülərə xas xarakterə malikdi. Deşam Qrizmann – Mbappe mübarizəsində ikincinin xeyrinə seçim etdi. Baş məşqçinin qərarla bağlı izahı: “Mbappe Fransa yığmasının yeni kapitanıdı, Qrizmann isə vitse-kapitandı. Kilian bütün bəndlərə uyğun gəlir və bu məsuliyyəti üzərinə götürməyə hazırdı. O, həm meydanda, həm də komandanın daxilində həlledici elementdi. Hər şey təbii yolla öz yerinə oturub. Kapitan sarğısı Kilian üçün əlavə öhdəlik olmayacaq”.

Mbappe martın 24-də - AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində çərçivəsində Niderlandla keçirilən oyunda yeni rolda debüt etdi. Özü də necə! “Narıncılar”ın darmadağınına (4:0) dubl və məhsuldar ötürmə ilə töhfə verməklə yanaşı, yığma tarixinin bombardirləri siyahısında 5-ci pilləyə yüksəldi. Kamavinqa oyundan sonra heyranlığını gizlətmədi: “Kapitan sarğısı ilə və ya onsuz – Mbappe dəyişməyib, həminkidi. Oyundan əvvəl bizə dedi ki, ilk dəqiqələrdən yaxşı oynamaq lazımdı. Fasilədə isə dayanmamağı xahiş etdi: 6 qol vurmaq lazımdısa, biz bunu etməliyik”. Yeni kapitan da oyunsonrası fikirlərini açıqladı: “Yaxşı apitan komandaya köklənən, oyunçuları öz ətrafında birləşdirməyə və arxasınca aparmağa qadir olan adamdı. Mən başqaları üçün açıq olmalı və qalan oyunçuların özünü ifadə etməsinə imkan yaratmalıyam”.

Qrizmann Deşamın seçiminə görə inciyəcəkmi?
Yığmaya yeni kapitanın təyin olunması ölkədə qızğın diskussiya doğurdu. O mənada ki, baş məşqçi Qrizmannı kənarda qoymaqla düzgün hərəkət etdimi? Fransa futbolunun əfsanələrindən Rober Pires bildirdi ki, Deşam Antuana hörmətsizlik göstərib, “L’Equipe” hətta yazdı ki, kapitanlıq məsələsi Qrizmannın yığmada karyerasını davam etdirməsi baxımından həlledici amil ola bilər. Ancaq işin əslində ciddi heç nə baş vermədi. Antuan bu vəziyyətə maksimal dərəcədə adekvat reaksiya göstərdi – Kilianı dəstəklədi, Niderlandın qapısına vurduğu ilk qolu onunla birgə bayram etdi. Çox güman, bu məsələdə Mbappenin meydandan kənardakı savadlı gedişi önəmli rol iynadı. O, kapitan sarğısını alan kimi bunları bəyan etdi: “Kapitanlıq mövzusunda Qrizmann ilə danışmışam. O, sarğını almadığına görə məyus idi və mən Antuanı anlayıram. Mən də eyni reaksiya göstərərdim. Antuan Deşam erasının ən vacib futbolçusudu. Birlikdə qələbələrə doğru addımlayacağıq. Mən onun rəisi deyiləm. Antuan komandaya nəsə demək istəsə, əyləşəcəm və onu dinləyəcəm”.

Deşam isə bu mövzunu belə davam etdirdi: “Əvvəlcə Antuan məyus idi və bu təbiidi. Ancaq bununla da hər şey bitdi, indi onun sifətində təbəssüm var. Antuan vacib rola malik vitse-kapitandı. O, həm məşqlərdə, həm də meydandan kənarda işıq saçır”.

Bir sözlə, belə görünür ki, Deşam doğru seçim edib və ən ası, paltardəyişmə otağında atmosferi qoruyub.

Sarğını daha gənc yaşda kimlər alıb?
Mbappeyə kapitan sarğısı 24 yaşında təqdim olundu və bu məqam heç kimi təəccübləndirməməlidi. Bəzi ulduzlar daha gənc yaşda belə etimada layiq görülüb. Məsələn, Messi 24 yaşında, hərçənd buna qədər də sarğını qolunda yoxlamışdı. Kriştiano Ronaldo 23 yaşında yığmada kapitan sarğısını götürüb. Düzdü, həmin sarğının Simaodan Ronaldoya verilməsi bir qədər qalmaqallı olmuşdu. Neymar sarğıya daha erkən – 22 yaşında yiyələnib. DÇ-2014-dəki fiaskodan sonra komanda iclasında Tyaqo Silvanın səlahiyyətlərinin ulduz hücumçuya verilməsi qərara alındı. Donnarumma 22 yaşında İtaliya yığmasının kapitanı oldu – bu isə son 56 il üçün “skadra adzurra”nın rekordudu. Bir qədər əvvəl isə 23 yaşlı amerikalı Aadmas DÇ-50-dan bəri ən gənc kapitan statusuna yiyələndi. Bu mənada fəaliyyətdə olan oyunçular arasında rekordçu isə Remsidi. Yaxınlarda beynəlxalq karyerasını bitirən uelski yığmada kapitan sarğısını ilk dəfə taxanda 20 yaş 90 günlük idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-03-2023, 16:0

Lyorisin statusuna layiq bilindi

Dünya futbolu / Manşet

22-03-2023, 10:0

Mbappe kapitan oldu, narazılıqlar başladı

Dünya futbolu

4-01-2023, 17:0

Messi ilin ən yaxşısı seçildi

Dünya futbolu

12-01-2023, 16:0

Lyoris yığmadan ayrıldı

DÇ 2026

26-11-2022, 23:0

Mbappe bu 3 əfsanəni geridə qoydu

Aktual
Adil Şükürov üçün məşqçilik başa çatdı? - akademiya rəhbəri planlarını açıqladı
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Son xəbərlər
  • Bu gün, 01:08
    Kriştiano Ronaldo üçün mundial bitdi - DÇ gecəsi
  • Dünən, 23:50
    "Bütün futbolçuların fiziki durumu qənaətbəxşdi" - Yuri Vernidub
  • Dünən, 23:07
    Adil Şükürov üçün məşqçilik başa çatdı? - akademiya rəhbəri planlarını açıqladı
  • Dünən, 22:40
    “Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
  • Dünən, 22:17
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:32
    “Rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik” - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 21:20
    "Neftçi" "Partizan"a da uduzdu
  • Dünən, 20:39
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 19:21
    "Sumqayıt"ın rəqibləri bilindi
  • Dünən, 18:50
    "Bu dəfə daha yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 18:30
    "Qarabağ" azarkeşləri üçün şad xəbər - ciddi problem aradan qalxdı!
  • Dünən, 18:10
    Dünya çempionatının antirekordçusu oldu
  • Dünən, 17:39
    Salah üçün növbəti mükafat
  • Dünən, 17:08
    Səudiyyə Ərəbistanı klubunda yeni təyinat
  • Dünən, 16:40
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:42
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 15:23
    Niderlandda qərar tutdu
  • Dünən, 15:11
    “Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
  • Dünən, 14:40
    Tural Qurbanov Konfrans Liqası matçını idarə edəcək
  • Dünən, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Dünən, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Dünən, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Dünən, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Dünən, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Dünən, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Dünən, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Dünən, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Dünən, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • 5-07-2026, 23:0
    Romadan Milana üz tuta bilər
  • 5-07-2026, 23:0
    Paytaxt klubunu tərk edəcək
  • 5-07-2026, 23:0
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 193
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 140
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə