Turan Manafov ya Polşada, ya da bu ölkədə legioner olacaq– meneceri açıqladı

15.07.2024 16:02 360
Aktual / Ölkə futbolu
Ötən mövsümün sonunda “Araz-Naxçıvan”dan ayrılan futbolçulardan biri də Turan Manafov oldu. Onun adı müxtəlif klublarla hallansa da, hazırda klubsuzdu. Maraqlısı odu ki, çempionatın başlamasına cəmi iki həftə qalır.

Bəs Manafov təklifləri niyə geri çevirir? Futbolçunun meneceri Kamran Şahverdiyevlə əlaqə saxlayıb, son vəziyyətlə maraqlandıq. O, Turanın yenidən legioner həyatı yaşayacağını bildirdi:

“Bir neçə premyer-liqa klubundan təklif var. Amma bizim və Turanın özünə maraqlı olan xaricdə oynamasıdı. Bir neçə variant var. Hazırda Polşanın “Rux”, Kiprin “Nea Salamina” və “Omoniya 29” komandaları ilə danışıq aparırıq”.

RÖYANƏ OĞUZ