"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa karyerasını Səudiyyə Ərəbistanının çempionatında davam etdirə bilər.
29 yaşlı qolkiper "Əl-İttihad"dan təklif alıb. O, yüksək qazanc əldə edə biləcəyi bu təkliflə bağlı qərar vermək üçün vaxt istəyib.
Xatırladaq ki, ötən mövsümü icarə əsasında "Real"da keçirən və meydanda olduğu 20 matçda 18 qol buraxan Kepanın "Çelsi" ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdi.