“Mançester Yunayted” Conni Evansla müqaviləni yeniləyib.
İngiltərə klubunun saytının məlumatına görə, 36 yaşlı mərkəz müdafiəçisi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Evans “qırmızı şeytanlar”ın yetirməsidi və 2015-ci ilə qədər klubun sistemində olub. Ötən mövsüm müdafiəçi MY-yə qayıdıb və bütün turnirlərdə 30 matçda iştirak edib, bir məhsuldar ötürmə verib.