“Sabah” səfər oyunu üçün azarkeşlərinə pulsuz avtobus və bilet ayırdı

14.07.2024 17:25 290
Ölkə futbolu / Konfrans Liqası
"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə keçirəcəyi səfər matçını canlı izləmək istəyən Avropada yaşayan azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

“Football-plus.az” xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaqlar.

Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycanın Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək. Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

Qeyd edək ki, "Makkabi" - "Sabah" matçı iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda, yerli vaxtla saat 19:00-da keçiriləcək.