Yığmamız Kosovo ilə üz-üzə

13.07.2024 13:53 355
İdman
16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən millimiz növbəti matçına çıxacaq.

Tahir Baxşıyevin yetirmələri Kosovo ilə üz-üzə gələcək. Digər qarşılaşmada Albaniya Ermənistanı sınağa çəkəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun sabah keçiriləcək.

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, yarımfinal
13 iyul
Kosovo - Azərbaycan

Feti Borova Milli Olimpiya Mərkəzi. Saat 19.00