"Səbail" "Hatayspor"la heç-heçə etdi

13.07.2024 19:26 371
Ölkə futbolu
2024/25-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi superliqa klubu “Hatayspor”la qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.

Qeyd edək ki, "Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.