"Səbail" superliqa təmsilçisi ilə üz-üzə

13.07.2024 12:25 316
Ölkə futbolu
2024/25 "futbol ili"nə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi Superliqa klubu “Hatayspor”la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, "Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.