2024/25-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb 2:3 hesabı ilə uduzub. "Səbail"in hər iki qolunu Samir Abdullayev vurub.
Qeyd edək ki, "Səbail" növbəti yoxlama matçını iyulun 13-də Türkiyə Superliqası komandalarından “Hatayspor”a qarşı keçirəcək.
"Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.