2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda Türkiyə superliqa təmsilçisi "Konyaspor"la qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayıb. Matç "dənizçilər"in üstünlüyü ilə nəticələnib. Bakılılar David Qomis və Pedro Nunonun qolları ilə 2:0 hesablı qələbə qazanıb.
"Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.