“Milan”dan Mahir Emrelinin komandasına ikiqat zərbə

28.10.2022 21:50 429
Ölkə futbolu / Dünya futbolu
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Dinamo” (Zaqreb) doğma meydanda “Milan”a 4:0 hesabı ilə darmadağın oldu.

Football-plus.az xəbər verir ki, bu nəticədən sonra Xorvatiya təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı sıfıra bərabər oldu.

“Milan” Mahir Emrelinin komandasına daha bir zərbə vurub. Belə ki, “Dinamo”nun öz meydanında 23 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı.