“Liverpul”da bütün oyundaşlarını arxada qoydu

19.05.2022 19:11 450
Dünya futbolu
“Liverpul”da aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi Tyaqo Alkantara olub. İspaniyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda bütün oyundaşlarını arxada qoyub. 31 yaşlı futbolçu ötən ay meydana çıxdığı 9 oyundan 7-sini start heyətində keçirib. Tyaqo mövsüm ərzində bütün turnirlərdə komandanın 37 oyununda iştirak edib. O, “Liverpul”un formasında 2 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.