İki futbolçu tezliklə “Liverpul”u tərk edəcək.
İngiltərə klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, onlar yarımmüdafiəçi Tyaqo Alkantara və mərkəz müdafiəçisi Joel Matipdi. Müqaviləsinin müddəti başa çatacaq hər iki oyunçunun sözləşməsi yenilənməyəcək. Klub onlara göstərdiyi xidmətə görə təşəkkür edib.
İspaniya millisinin də üzvü olan Alkantara “Liverpul”da 2020-ci ildən çıxış edir. Kamerunlu Matip isə qırmızı formanı 2016-cı ildən daşıyır.