Avropa Çempionatında ilk finalçı bəlli oldu. İspaniya Fransa ilə görüşdə 2:1 hesablı əzmkar qələbə qazanaraq 12 illik fasilədən sonra finala vəsiqə qazandı.
İspaniyanın gənc ulduzu Lamin Yamal tarixi qolun müəllifi oldu. 21-ci dəqiqədə bərabərlik qolunu vuran Yamal 16 yaş 362 günlüyündə fərqlənərək adını tarixə yazdırdı. O, tək AÇ tarixində yox, bütövlükdə nəhəng turnirlərdə qol vuran ən gənc futbolçuya çevrildi. AÇ-lərdə buna qədər rekord isveçrəli Yohan Vonlantenə məxsus idi. O, AÇ-2004-də Fransa ilə oyunda 18 yaş 141 günlüyündə fərqlənmişdi. Dünya çempionatlarında isə rekord Peleyə məxsus idi. Futbol kralı DÇ-1958-də 17 yaş 239 günlüyündə qol sevinci yaşamışdı. Yəni Yamal 66 illik rekordu yeniləməyi bacardı.
Nəhəng turnirlərdə qol vurmuş ən gənc oyunçuların siyahısında 3-cü pillədə isə DÇ-1930-da 18 yaş 93 günlüyündə fərqlənən meksikalı Manuel Rosas qərarlaşıb.
ƏLİ