''Beşiktaş'' italiyalı ulduzu transfer edir?

10.07.2024 22:08 325
Dünya futbolu / Manşet
Bu yay Qabriel Paulista ilə Rafa Silvanı heyətinə qatan ''Beşiktaş''ın transfer çalışmaları davam edir.

İtaliya mətbuatının iddiasına görə ''ağ-qaralar'' ''Latsio''nun italiyalı ulduzu Çiro İmmobile ilə danışıqlara başlayıblar. Şaiyələrə inansaq, İstanbul nəhəngi təcrübəli forvarda ümumilikdə 7 milyon avro maaş olmaqla ikiillik müqavilə təklif edib. Amma ''Latsio''nun prezidenti Klaudio Lotito bu iddianı təkzib edib:
''İmmobile üçün ''Beşiktaş''dan heç bir təklif almamışıq. O, müqavilə ilə hələ də bizim futbolçumuzdu. Təklif gəldiyi zaman bu haqda danışarıq''.

Transfer dəyəri 4 milyon avro civarında olan 34 yaşlı futbolçunun romalılarla 2026-ya qədər müqaviləsi var. İmmobile ötən mövsüm 43 rəsmi oyunda 11 qol, 1 məhsuldar ötürmə ilə fərqlənmişdi. İtaliya yığmasında 57 oyuna 17 qol vurmasına rəğmən AÇ-2024-ə aparılmamışdı.

ƏLİ