Xatırladaq ki, Belçika 1/8 finalda Fransaya 0:1 hesabıyla uduzaraq Avropa çempionatında mübarizəni dayandırıb. Belçika Kral Futbol İttifaqının idman direktoru Frank Verkoteren milli komandanın baş məşqçisinin gələcəyi ilə bağlı sualı belə cavablayıb:
“Domeniko bizimlə müddəti 2026-cı ilə qədər nəzərdə tutan müqavilə imzalayıb. Onunla yolları ayırmaq ehtimalı barədə heç bir sual yoxdu. Tedesko milli komandada qalacaq”.





